
Location
ADA University
Design and Innovation Centre
Building F, 1st floor
Baku, AZ1008
AZ
F109
Presenters
Contact Information
Mr. Elshad Goyushov- Undergraduate Admission Counsellor
Office of Admissions and Students Records
0512011511egoyushov@ada.edu.az"Şəhərləri salanlar, Gələcəyi quranlar" Memarlıq və Şəhərsalma üzrə Açıq qapı günü
Description
ADA Universiteti Memarlıq və Şəhərsalma ixtisaslarına maraq göstərən şagird və valideynləri Açıq Qapı gününə dəvət edir. Bu tədbir iştirakçılara həm akademik proqramlar, həm də gələcək karyera imkanları barədə ətraflı məlumat əldə etmək üçün yaxşı fürsət yaradacaq.
Tədbir 13 may tarixində saat 16:00-da ADA Universitetinin nəzdində fəaliyyət göstərən İtaliya-Azərbaycan Universitetinin F binasında keçiriləcək. İştirakçılar universitet mühiti ilə yaxından tanış olmaq, kampus atmosferini hiss etmək və ixtisas seçimi ilə bağlı suallarına cavab tapmaq imkanı əldə edəcəklər.
Tədbir çərçivəsində Dizayn və Memarlıq fakültəsinin müəllim heyəti və tələbələri Memarlıq və Şəhərsalma ixtisaslarının tədris proqramı, istifadə olunan müasir yanaşmalar və praktiki təcrübə imkanları barədə təqdimatla çıxış edəcəklər. Eyni zamanda, tələbələrin həyata keçirdiyi müxtəlif layihələr nümayiş olunacaq, onların ideyaları və yaradıcılıq prosesləri haqqında məlumat veriləcək.
Bundan əlavə, iştirakçılar üçün qəbul qaydaları, sənəd qəbulu prosesi, seçim meyarları və təhsil imkanları barədə ətraflı məlumat təqdim olunacaq.
Sonda qonaqlar üçün sual-cavab sessiyası təşkil olunacaq və fərdi ünsiyyət imkanı yaradılacaq.

